“ASAN xidmət”in sədri peyvənd olundu -  FOTO backend

“ASAN xidmət”in sədri peyvənd olundu - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev COVID-19 əleyhinə peyvənd olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə sədr özünün sosial media hesabında yazıb.

“COVID-19 xəstəliyi əleyhinə ölkəmizdəki Vaksinasiya Strategiyasına uyğun olaraq “ASAN xidmət” əməkdaşlarının vaksinasiyası davam edir. Bu gün mən də prosesə uyğun olaraq vaksin olundum. Hər kəsi bu xəstəliyə qarşı kütləvi immunitetin yaradılması üçün vaksin olunmağa çağırıram”.