“Atamın baş nahiyyəsində bir neçə yerdə sümük sınıqları var. Bir də ki, mədəsində yazva əmələ gəldiyi üçün ağrıları var. Ermənilər qıçını sındırdığı üçün qıçında da ağrıları var. Bir sözlə, atamın səhhətində ciddi problemləri var”
Bunu açıqlamasında erməni girovluğundan azad edilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. K.Əsgərovun sözlərinə görə bu gün heç kim onlarla maraqlanmır:
“Atamın baş nahiyyəsində bir neçə yerdə sümük sınıqları var. Bir də ki, mədəsində yazva əmələ gəldiyi üçün ağrıları var. Ermənilər qıçını sındırdığı üçün qıçında da ağrıları var. Bir sözlə, atamın səhhətində ciddi problemləri var. Bakıda müayinə edildikdən sonra Şəmkirdə də həkimə apardıq və bildirdi ki, müalicə olunmalıdır. Bizə ağır gələn odur ki, dörd aya yaxındır ki, atamgil əsirlikdən azad edilib, amma heç kim onların səhhəti ilə maraqlanmır. İndi iki il yaşayacaqlarsa, bəlkə müalicə olunsalar, 10 il yaşayacaqlar.
Yəni vəziyyət belədir. Bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları gəlib atamla söhbət edib gediblər.
“Qaçqınkom”u keçmiş sədri Əli Həsənov bizim ailəyə yardım kimi 60 manat çörək pulu kəsmişdi. Atam girovluqdan azad ediləndən sonra həmin 60 manatın verilməsini də dayandırdılar. Yenə o pulu atamın dərmanlarına verirdik. Atam ancaq ay ərzində 80 manat veteran pulu alır. Səhhətində olan problemlər imkan vermir ki, düşüb pensiya üçün sənədlərini düzəltsin”. (moderator.az)