Karantin postlarda hazırlıq işləri görülürmü? - DİN-dən AÇIQLAMA

Karantin postlarda hazırlıq işləri görülürmü? -  DİN-dən  AÇIQLAMA backend

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, ölkə ərazisində sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir:

“Operativ Qərargah hələ ki, belə bir qərar verilməyib. Karantin postlarında isə heç bir hazırlıq işi görülmür”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı foto yayılıb. İstifadəçilər iddia edirlər ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri görülür.//report.az

Diaspora