Rəmiş dəfn edilib - YENİLƏNİB

Rəmiş dəfn edilib -  YENİLƏNİB backend

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş)  dəfn edilib.

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş)  dəfn edilib.

APA xəbər verir ki, o, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında  torpağa tapşırılıb.

***

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla (Rəmiş) vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər qatılıb.

Rəmiş "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Diaspora