BNA küləkli havaya görə sürücü və sərnişinlərə müraciət edib backend

BNA küləkli havaya görə sürücü və sərnişinlərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıb.

BNA-dan verilən məlumata görə, sərnişinlər dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalıdırlar: "Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər".