Şuşaya "İskəndər"i kim atıb: ruslar, yoxsa ermənilər?

Şuşaya "İskəndər"i kim atıb: ruslar, yoxsa ermənilər? backend

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti Ermənistanda nəzərdə tutulmamış "İskəndər-M" raketlərinin olması və onların Dağlıq Qarabağda tətbiqilə bağlı araşdırmalara başlayıb.

Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin Suvorov Qırmızı Bayraq ordenli anbarlarından "İskəndər-M"lərin qeyri-leqal alınması, onların Ermənistana qeyri-leqal yolla gətirilməsi və bu əməliyyatın Livan və Rusiya bankları vasitəsilə ödənilməsi Rusiya hərbi və xüsusi xidmət orqanları tərəfindən olduqca sərt cavablar tələb edən vəziyyətdir.

Ötən ilin oktyabrında Rusiya Müdafiə Nazirliyində hərbi idarənin məmurlarının Ermənistana qanunsuz silah tədarükündə iştirakı faktı ilə bağlı xidməti araşdırmaya başlanılıb. Erməni tərəfinə qaçaqmalçılıq yolu ilə durmadan silah tədarükü barədə İlham Əliyevin bəyanatından sonra baş vermiş bu hadisə sarsıdıcı nəticələrə səbəb olub.

Burdan iki nəticə çıxır:

Birinci, Rusiya bu raketin Ermənistan ordusunun ixtiyarında olan “İsgəndər E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “İsgəndər M” modifikasiyasına aid olmasının üzə çıxmasını bu şəkildə ört-basdır etməyə və məsuliyyətdən yayınmağa çalışır. Xatırladaq ki, “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir

İkinci, “İsgəndər M” modifikasiyasına aid olan raketlər həqiqətən Ermənistana Rusiya siyasi hakimiyyətinin xəbəri olmadan ötürülüb. Rusiyanın, Putinin 44 günlük müharibədə Azərbaycana dəstək verməsi bu versiyanı müəyyən qədər inandırıcı edir.

Livanlı erməni qadının müsahibəsi yeni mübahisələr doğurdu. Onu buraxmaq lazım idimi? Amma Maral Nacaryan müsahibəsində Azərbaycanın, hərbçilərimizin xeyirinə xeyli maraqlı detallar açıqlayıb. Fəqət çoxlu da yalan danışıb. Artıq neçənci ermənidir ki, həbsdən buraxıldıqdan sonra yalan danışır, Azərbaycan tərəfini suçlayır. Qarabağda tərk edilmiş bir qoca qadını da Azərbaycan müalicə edib, buraxmışdı, ölkəsinə getdikdən sonra şər-böhtan dolu müsahibə vermişdi. Mənzərə niyə hər dəfə dəyişmir?

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır. Bu artıq Türkiyə ilə Azərbaycan hərbçilərinin yay ayından bəri 6-cı təlimidir. Bütün növ təlimlər keçirilir. Bu yaxınlarda dağ təlimləri də olmuşdu, həmçinin hava təlimləri də oldu sentyabrda.

Bu, Turan Ordusu ideyasının reallaşdığı, Azərbaycanın qardaş ölkə tərəfindən tam müdafiə olunması, ölkəmizə qarşı təcavüzün baş verəcəyi anda, Türkiyə Ordusunun bu təcavüzə açıq və prinsipial dəstək verəcəyinin nümunəsidir. Bəs, bu təlimlər yaxın aylarda Qarabağda antiterror əməliyyatları ilə nəticələnəcəkmi?

Zəngəzur dəhlizi: mifmi, gerçəklikmi? Bu dəhlizin açılması reallaşarsa, bölgə ölkələri, xalqlarının həyatında hansı müsbət dəyişikliklər baş verər? Bu layihənin iqtisadi-siyasi, həmçinin geopolitik əhəmiyyəti nədir?

Almaniyadan Azərbaycana təşkil olunan siyasi və informasiya müharibəsinin gerçək səbəbləri və bunun aradan qaldırılması yolları nədir?

Bu və gündəmdəki bir çox sualları Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/