Azərbaycan 2014-cü ilin nəticələrinə görə “xoşbəxt ölkələr”in reytinq siyahısında ilk beşliyə düşüb.
APA-nın “Novaya İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, “Gallup İnternational” Agentliyi tərəfindən keçirilən sorğuda Ficinin rəhbərlik etdiyi siyahıda Azərbaycan 4-cü yerdədir.Siyahıda son yerləri Yunanıstan və İraq tutur.
Rusiya isə 16-cı yerdə qərarlaşıb.
Xoşbəxtlik indeksi özünü xoşbəxt hesab edən insanlarla bədbin əhval-ruhiyyəli insanların faizinin nisbəti nəticəsində müəyyən olunub.