Sabah Bakıda bir neçə marşrut xəttində dəyişiklik ediləcək backend

Sabah Bakıda bir neçə marşrut xəttində dəyişiklik ediləcək

Aprelin 5-də təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən  Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmirlə bağlı  M1, M2, M6, 11 və 104  nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib:

- M1, M2, M6  nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

- 11  nömrəli müntəzəm  marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi  üzrə; hərəkəti müyyən edilmişdir.

- 104  nömrəli müntəzəm  marşrutu isə “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.