İqtisadiyyat və Sənaye Nazirliyi QAZİLER.AZ saytını Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə təbrik edib. Nazirlikdən saytımıza ünvanlanan təbrik məktubunda deyilir:
Hörmətli KİV nümayəndələri!Bu gün Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında əvəzsiz rolu olan “Əkinçi” qəzetinin yaranmasından 140 il ötür.
Böyük inkişaf yolu keçmiş Azərbaycan mətbuatı cəmiyyətin maarifləndirilməsində və məlumatlandırılmasında əhəmiyyətli rol oynayır.
Ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklərin, iqtisadi uğurlarımızın ictimaiyyətə çatdırılmasında KİV-in xidmətləri misilsizdir.
Nazirliyimiz KİV-lə sıx əməkdaşlığa böyük önəm verir. İnanırıq ki, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Sizi 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.