Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb backend

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, 135) keçirilir.

Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 24 min 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 min 795-nin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir.

Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə 351 yer, Cəlilabad rayonu üzrə 202 yer, Laçın rayonu üzrə 180 yer, Quba rayonu üzrə 172 yer, Lerik rayonu üzrə 165 yer.

Elektron ərizəsi təsdiqlənənlərin böyük əksəriyyəti 35 yaşadək gənclərdir. Namizədlərin 1 661-i 35-50 yaş, 223-ü 50-65 yaş arasındadır.

İmtahanlar iyulun 29-da başa çatacaq.
Diaspora