Azərbaycanda koronavirusdan  ölənlərin sayı kəskin artdı backend

Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 268 714 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir.

Ölkədə son sutka ərzində 15 585, hazırkı dövrədək isə 2 916 745 test aparılıb.