Xaricdə müalicəyə ehtiyacı olanlarla bağlı açıqlama -  MN backend

Xaricdə müalicəyə ehtiyacı olanlarla bağlı açıqlama - MN

“Hazırda 54 nəfər Türkiyəyə müalicəyə göndərilib”.

Qazilər.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

“Onlardan 4-ü geri qayıdıb və hazırda 50 nəfərin müalicəsi davam etdirilir. Digər şəxslərin getməsi üçün tədbirlər görülür. Kimin xaricdə müalicəyə ehtiyacı varsa, onların müalicələri təşkil ediləcək”, - F.Nəbiyev bildirib.