"Azəriqaz" buna görə birinci oldu -  VİDEO backend

"Azəriqaz" buna görə birinci oldu - VİDEO

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” səhifəsində sosial şəbəkədə aktivliyi ilə seçilən dövlət qurumları haqqında paylaşım edib.

Qazilər.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumata görə, O.Gündüz bildirib ki, son zamanlar dövlət qurumları sosial mediada xeyli aktivləşib: “Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, videoqəbullar və sual-cavablar təşkil olunur. Güman etmək olar ki , məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur. Yəni bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər".

Daha sonra O.Gündüz müşahidələri və qısa araşdırmaları əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarının adlarını təqdim edib. "Azəriqaz" birinci yerdə qərarlaşıb.

1. “Azəriqaz” İstehsalat Birliyi;

2. Baş Prokurorluq;

3. Təhsil Nazirliyi;

4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

5. Dövlət Miqrasiya Xidməti.

“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bu il yanvarın 22-dən etibarən “Facebook” sosial şəbəkəsi üzərindən hər həftənin 5-ci günü saat 14:00-da canlı yayım təşkil edir. Bu yayımlarda ünvanlanan suallar cavablandırılır, müraciətlər qeydə alınır. Baş direktorla yanaşı, hər həftə qurumun bir məsul şəxsi də yayıma qatılır. Proses zamanı qaz təchizatındakı problemləri digər struktur rəhbərləri də yaxından izləyir və operativ olaraq münasibət bildirilir.

R.Əliyev sosial şəbəkədə təşkil olunan canlı yayımlar barədə İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına müsahibə verib.