İşdən çıxarılan Əhməd Əhmədzadə Elman Rüstəmovun qudasıdır backend

İşdən çıxarılan Əhməd Əhmədzadə Elman Rüstəmovun qudasıdır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə tutduğu vəzifədən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, Əhməd Əhmədzadə ailəlidir, üç övladı var.

Ə.Əhmədzadə Mərkəzi Bankın sədri Elman Rüstəmovla qudadır. Belə ki, Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadə E.Rüstəmovun qızı Günel Rüstəmova ilə evlənib və hazırda Londonda yaşayırlar.

Ə.Əhmədzadə Azərbaycandakı oliqarx-məmurlardan biri kimi tanınır.