“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) milli mətbuatımızın 140 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirib.
Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov milli mətbuatımızın yubileyi münasibəti ilə jurnalistləri təbrik edib, ölkəmizdə bu şərəfli peşə sahiblərinə dövlət qayğısından söz açıb.Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova və başqaları zəngin ənənələrə malik milli mətbuatımız mürəkkəb, lakin şərəfli inkişaf yoluna nəzər salıblar. XIX əsrin 70-ci illərində Həsən bəy Zərdabi tərəfindən ilk azərbaycandilli qəzet olan “Əkinçi”nin nəşr edilməsindən, bu qəzetinin milli istiqlalımıza gedən yolda əhəmiyyətli rol oynamasından bəhs edilib.
Çıxış edənlər Prezident İlham Əliyevin jurnalistlərin mükafatlandırılması ilə bağlı Sərəncamının əhəmiyyətini xüsusi vurğulayıblar. Ölkəmizdə mətbuata və media nümayəndələrinə göstərilən dövlət qayğısı razılıqla qarşılanıb.
Tədbir müzakirələrlə davam edib.