Azərbaycan Milli Mətbuatının 140 illiyi münasibətilə bir qrup jurnalist mükafatlarla təltif edilib. Onlardan biri də İctimai Televiziyanın Qarabağ bürosunun müxbiri Şöhrət Eyvazovdur. QAZİLER.AZ saytı həmkarımızı səmimi qəlbdən təbrik edib ondan ürək sözlərini öyrəndi: "13 ildən çoxdur ki, jurnalistikadayam. 2007-ci ildən isə İctimai Televiziyanın Qarabağ müxbiriyəm. İnşallah, tezliklə ordumuzun işğalda qalan yaşayış məntəqələrini azad etməsi haqqında xəbərləri yayarıq. Milli mətbuat günü münasibətiylə bütün jurnalistləri təbrik edir, uğurlar arzulayıram. Eləcə də təltif olunmuş həmkarlarımın sevinclərini bölüşdüyümü bildirmək istəyirəm.
Təltif olunmağım haqqında xəbəri jurnalist dostumdan eşitdim. Bundan əvvəl hərbi xidmətimlə əlaqadar iki medal almışam. Jurnalist fəaliyyitimdə də müxtəlif fəxri fərmanlar və diplomlara layiq görülmüşəm. Resbublika prezidentinin imzası ilə "Tərəqqi" medalı ilə təltif olunmağım isə daha xoş hisslər yaratdı məndə. Bölgədə fəaliiyyət göstərdiyimizə baxmayaraq unudulmamsğımız isə ikiqat sevinc yaşatdı mənə. Ona görə də, möhtərəm prezidentimizin, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının imzasıyla təltif olunmağım olduqca xoşdur. Bu mənim üzərimə həmdə ikiqat məsuliyyət gətirir.Mediaya göstərdiyi qayğıya görə dövlət başçısına təşəkkür edirəm. Özümə və bütün həmkarıma isə qələbə soraqlı xəbərlər çatdırmağı arzu edirəm. Qələmləri kəsərli, imzaları yaddaqalan olsun.Cəhbə bölgəsində işləyən jurnalist özünü həmdə Ordumuzun bir hərbçisi kimi hiss edir və gündəlik mövzulardan fərqli olaraq hərbi xarakterli məlumatlar üçün daha çox məsuliyyət daşıyır. Özünü Vətənin bir əsgəri hiss etmək insanda hərbçi xüsusiyyətlərinin güclənməsinə gətirib çıxarır. Ona görə də, müharibə veteranı, cəbhə bölgəsində xidmət edən bir jurnalist və ehtiaytda olan kapitan kimi Perzidentimizə böyük təşəkkür etməklə barabər, belə səslənmək istəyirəm: "AZƏRBAYCAN RESPUBLİKASINA XİDMƏT EDİRƏM".