"YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qazilərimiz İlqar Avazovun, Murad Muradovun və Xəyal Əhmədovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.





