Səlcuq Bayraqdar Azərbaycana gəlib -  FOTO backend

Səlcuq Bayraqdar Azərbaycana gəlib - FOTO

Vətən müharibəsində qazanılan qələbədə vacib rol oynayan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana gəlib.

Qazilər.az xəbər verir ki, bununla bağlı Səlcuq Bayraqdar özü məlumat paylaşıb.

“Hər kəsə Can Azərbaycandan salamlar! Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin qəbrini, Azərbaycan və Türk şəhidlərimizi ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun. Qardaşlığımızın gözəl havasını birlikdə içimizə çəkdik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!", - deyə S.Bayraqdar qeyd edib.