Azərbaycan ordusunun giziri dəfn olundu -  YENİLƏNİB - FOTO backend

Azərbaycan ordusunun giziri dəfn olundu - YENİLƏNİB - FOTO

Martın 30-da Xocavənd rayonu ərazisində göldə boğularaq dünyasını dəyişən hərbçi bu gün dəfn olunub.

APA-nın məlumatına görə, gizir Heydər Əliyev doğulduğu Sabirabad rayonunun Bala Həşimxanlı kəndində torpağa tapşırılıb.

H.Əliyevin Vətən müharibəsində Füzulidən Laçın və Şuşaya qədər ağır döyüş yolu keçdiyi bildirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan ordusunun  giziri Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

09:54

Azərbaycan ordusunun hərbi qulluqçusu göldə boğulub.

Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.