İqbal Ağazadə yenidən Ümid Partiyasının sədri seçildi

İqbal Ağazadə yenidən Ümid Partiyasının  sədri seçildi backend

Ümid Partiyasının dünən keçirilən (online) qurultayında İqbal Fehruz oğlu Ağazadə Partiyanın Başqanı seçilib.

Qazilər.az xəbər verir ki, bu barədə məlumat şəxsi feysbukunda paylaşılıb. 

Qeyd edək ki, Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri “Qızıl Qələm” mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub.

2002-ci ilin dekabrında Vətəndaş Birliyi Partiyasının Ümid Partiyasına birləşməsindən sonra 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III (I) Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.

P.S: Qarabağ Qaziləri İctimai Birliyi İqbal Ağazadənin yenidən Ümid partiyasının sədri seçilməsi münasibəti ilə təbrik edir, ona uğurlar arzulayır.  

Diaspora