Azərbaycanda peyvənd olunanların sayı açıqlandı backend

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Martın 27-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 18,772 nəfər vaksinasiya olunub.

Qazilər.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 526,401 nəfər peyvəndlənmə prosesində iştirak edib.

"Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir", - məlumatda qeyd olunub.