Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib

Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib backend

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların meliorasiyası və rekultivasiyası laboratoriyasının rəhbəri Mustafa Mustafayev Tbilisi şəhərində keçirilmiş “Su təsərrüfatının problemləri, ətraf mühitin mühafizəsi, memarlıq və tikinti” mövzusunda beşinci beynəlxalq elmi-texniki konfransda iştirak edib.

QAZİLER.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, konfransa Polşa, Belarus, Rusiya, ABŞ, Latviya, Litva və digər ölkələrdən alimlər qatılıblar. Tədbirdə iştirakçılar müasir dövrdə ətraf mühitdə baş vermiş problemlərdən danışıb, onların həlli istiqamətində aparılmış elmi-tədqiqat işləri barədə ətraflı məlumatlar veriblər.

M.Mustafayevin məruzəsi “Respublikada meliorasiya olunmuş torpaqlarda müasir problemlər, onların aradan qaldırılması yolları”na həsr edilib. Məruzə ətrafında geniş müzakirələr aparılıb, alimin təklif etdiyi kompleks aqrotexniki və aqromeliorativ tədbirlər sisteminin genişləndirilməsi məqsədəuyğun sayılıb.
Diaspora