Azərbaycanda son sutkada yoluxma  statistikası backend

Azərbaycanda son sutkada yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirusa daha 1690 yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 254 min 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 235 min 606 nəfər müalicə olunaraq sağalıb, 3 min 464 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 300 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 826 min 454 test aparılıb. Bugünkü test sayı isə 9670-dir.