Azərbaycan hərbçiləri terrorçularla mübarizə təlimlərində iştirak edib -  FOTO backend

Azərbaycan hərbçiləri terrorçularla mübarizə təlimlərində iştirak edib - FOTO

Azərbaycan hərbçiləri terrorla mübarizə və hava hücumu əməliyyatları üzrə Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil olanan təlimlərdə iştirak edib.

Qazilər.az xəbər verir ki, bu barədə qardaş ölkənin Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.  

“Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin rəhbərliyilə qəhrəman Azərbaycan Ordusu mənsubu olan qardaşlarımıza “Terrorçuyla mübarizə və hava hücumu hərəkatı” üzrə təlimlər keçilib”, - deyə məlumatda bildirilib.

Nazirlik təlimlərdən maraqlı fotolar da paylaşıb.

Terörle Mücadele Eğitim ve Tatbikat Merkezi Komutanlığınca, Kahraman Azerbaycan Ordusu mensubu kardeşlerimize ‘’Teröristle Mücadele Harekâtı Tatbikatı ve Hava Hücum Harekâtı’’ eğitimleri verildi. pic.twitter.com/jtT67h0qVA

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 26, 2021