Qaxa güclü dolu yağıb - FOTO

Qaxa güclü dolu yağıb -  FOTO backend

Qax rayonunda hava şəraiti kəskin dəyişib.

Report-un Şimal-qərb bürosunun məlumatına görə, rayonun İlisu kəndinə dolu yağıb.

Təxminən, 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.

Kənd sakinləri "Report"a bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.

Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1 400 metr yüksəklikdə yerləşir.