Sərt karantin gəlir: “Bu situasiya infeksiyanı cilovlamağa imkan vermir“ backend

Sərt karantin gəlir: “Bu situasiya infeksiyanı cilovlamağa imkan vermir“

“Biz əgər qaydalara əməl etməsək və dinamika davam etsə, daha sərt tədbirlərlə üz-üzə qalacağıq. Bu isə bizim həyatımızın keyfiyyətini aşağı salır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri yerli telekanallara müsahibəsində professor Adil Qeybulla deyib. Həkim qeyd edib ki, istənilən halda qərarlar epidemioloji vəziyyətə görə verilir:

“Epidemioloji vəziyyət pisləşməsi o deməkdir ki, mövcud situasiya infeksiyanın yayılmasını cilovlaya bilmir. Deməli, daha da sərtləşdirmə, müəyyən məqamlarda təmasların azaldılmasına yönəlik digər qadağalar lazımdır. Ola bilsin ki, həmin istiqamətdə qərarlar verilsin. Bu situasiya imkan vermir ki, infeksiyanın yayılması cilovlansın. Bayram günlərində insanlara əsas tövsiyyəmiz ondan ibarətdir ki, vətəndaş məsuliyyəti göstərsinlər”.