Özünü qumbaranın üstünə atan döyüşçü müharibə təəssüratını bölüşdü backend

Özünü qumbaranın üstünə atan döyüşçü müharibə təəssüratını bölüşdü

İkinci Qarabağ müharibəsi qazisi, “Maştağa” ləqəbli Vidadi Ağagülovun haqqında danışdığı, qəhrəmanlığı dillərə düşmüş “Qumbara” Tərlanı tapmaq Baku TV-nin əməkdaşlarına müyəssər olub.

Şəkidə yaşayan Vətən müharibəsi qazisi bayram günündə döyüş təəssüratlarını bölüşüb.

O heç nə düşünmədən qumbaranın üstünə tullandığı anı, döyüş yoldaşlarının onun hərəkətinə münasibətini yüksək təvazökarlıq hissi ilə xatırlayıb. Tərlan Həsənov qeyd edib ki, həmin an onun üçün hər şeydən vacib döyüş tapşırığını yerinə yetirmək və silahdaşlarının valideynlərinin gözü yaşlı qalmaması olub.

Sözügedən reportajı təqdim edirik: