General-mayor korpus komandiri təyin edildi

General-mayor korpus komandiri təyin edildi backend

Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunda (Şəmkir korpusu) yeni kadr təyinatı olub.

Qaziler.az Unikal.org-a istinadən xəbər verir ki, general-mayor Mübariz Balağa oğlu Rzayev Şəmkir korpusuna komandir təyin edilib.

O, bu təyinatadək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsində çalışıb.

M.Rzayev "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Diaspora