Sabahın havası açıqlandı backend

Sabahın havası açıqlandı

Martın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olcaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 21-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Martın 22-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 9-12 dərəcə isti olacaq.