Vətən müharibəsində xəsarət almış hərbi qulluqçular aidiyyəti qurumların təmsil olunduğu komissiya tərəfindən ziyarət olunmaqla, əyani müayinələr əsasında əlilliklərinin qiymətləndirilməsi işləri aparılır.
Qazilər.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görö, prosesin operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə yerinə yetirilməsi diqqətdə saxlanır.Bəs bu proses necə həyata keçirilir?
Bu barədə Nazirlik tərəfindən hazırlanmış videoçarxda ətraflı məlumat verilir: