İlk dəfə fəxrlə, başucalığı ilə, xəcalət çəkmədən… – Xalq şairi backend

İlk dəfə fəxrlə, başucalığı ilə, xəcalət çəkmədən… – Xalq şairi

Son 30 ildə ilk dəfədir Bahar bayramını ürək açıqlığı ilə, sıxıntısız, məğlubiyyət xəcalətini üstümüzdən ataraq yeni bir ruhla, yeni quruculuq həvəsi ilə, milli birliyimizdən doğan başıucalıq və fəxrlə qeyd edirik.

Kult.az xəbər verir ki, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib.

"30 ildən sonra viran qoyulmuş torpaqlarımız ilk dəfə müharibə alovları ilə yox, bayram tonqalları ilə işıqlanacaq. Şuşada yandırılan tonqalın işığı bütün Azərbaycanı bürüdüyü kimi, Azərbaycanın da əbədi odları Qarabağa yeni həyat gətirəcək! Bütün qarabağlıların, dostlarımızın, tanışlarımızın, bütövlükdə, xalqımızın, Azərbaycanın bayramı mübarək olsun! Allah şəhidlərimizə rəhmət eləsin! Vətənimiz bundan sonra heç vaxt qan-qada, savaş görməsin! Hamınıza can sağlığı, xoşbəxtlik arzulayıram!"