Prezident: "XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik" backend

Prezident: "XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik"

"Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik".

Qazilər.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada - Cıdır düzündə xalqa müraciət edərkən deyib.

"Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm:

“Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”, - Prezident bildirib.