Kənd təsərrüfatı naziri Heydər Əsədov Qusarda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov Qusarda vətəndaşları qəbul edəcək backend

Kənd təsərrüfatı naziri Heydər Əsədov Qusarda vətəndaşları qəbul edəcək.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Heydər Əsədov iyulun 24-da saat 11:00-da Qusar rayonunda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (050-636-09-09) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Diaspora