“Yandex” Şuşanın xəritəsindən erməni adlarını çıxardı - FOTO backend

“Yandex” Şuşanın xəritəsindən erməni adlarını çıxardı - FOTO

Rusiyanın axtarış-informasiya kartoqrafiya xidməti “Yandeks.Kartı” Şuşa şəhərinin bütün küçələrinin Azərbaycan dilində adlarını qaytarıb.

Hit.az xəbər verir ki, ermənilər işğal dövründə küçə və yaşayış məntəqələrinin əsl adlarını dəyişiblər.

Məsələn, işğal dövründə faşist Qaregin Njdenin adını daşıyan küçə indi Pənahəli xanın adını daşıyır.

Bununla yanaşı, xəritədə Şuşa şəhəri İcra Hakimiyyəti, Bülbülün ev-muzeyi və başqa yerləri görmək mümkündür.