Azərbaycan və Litva hərbi təhsil üzrə əməkdaşlığı müzakirə edib - FOTO 

Azərbaycan və Litva hərbi təhsil üzrə əməkdaşlığı müzakirə edib - FOTO  backend

Azərbaycan və Litva arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Litvanın General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində Milli Müdafiə Universitetində (MMU), onun tabQeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüşlər keçirilib.

Qonaqlara hərbi təhsil sisteminin təşkili, hərbi kadrların hazırlanması, tədris prosesinin təşkili və təhsilalanların peşəkar hazırlığının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

Səfərin yekununda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin ifasında nümunəvi çıxış təqdim olunub.