“Birliyin Gücü – 2026” təlimində hərbçilər taktiki fəaliyyətləri yerinə yetirib - FOTO

“Birliyin Gücü – 2026” təlimində hərbçilər taktiki fəaliyyətləri yerinə yetirib - FOTO backend

Azərbaycanda keçirilən "Birliyin Gücü – 2026" birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, şəxsi heyətin müxtəlif şəraitlərdə fəaliyyət imkanlarının təkmilləşdirilməsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin və idarəetmənin əlaqələndirilməsi məqsədilə bir sıra praktiki məşqlər icra edilib.

Məşqlər zamanı atəş dəstəyi altında himayəli irəliləmə, zirehli texnikadan istifadə etməklə müxtəlif ərazilərdə əməliyyatların keçirilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd olunub ki, şəxsi heyət təlim tapşırıqlarını təhlükəsizlik qaydalarına riayət edərək uğurla icra edib, bölmələrin koordinasiyası və fəaliyyətlərinin uzlaşdırılması üzrə praktiki vərdişlər təkmilləşdirilib.

Qeyd edək ki, məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, iştirakçı ölkələrin hərbi qulluqçularının müxtəlif şəraitlərdə koordinasiyalı fəaliyyətlərə hazırlığının artırılması və qarşılıqlı fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.