Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan "4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi"ndə iştrak edib.
Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 11 ölkədən hərbi qulluqçuların iştirak etdiyi beynəlxalq müsabiqədə şəhər və dağ döyüşü, kəşfiyyat, pusqu, əks-pusqu və meşə əməliyyatları, müdafiə tapşırıqları, patrul fəaliyyəti, eləcə də yaralıların təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.
Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin orduları arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsidir.

