Zakir Həsənov Çində işgüzar səfərdədir - FOTO 

Zakir Həsənov Çində işgüzar səfərdədir - FOTO  backend

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çində işgüzar səfərdədir.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC - China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.