"Anadolu Qartalı – 2026" beynəlxalq təlimi başa çatdı - VİDEO

"Anadolu Qartalı – 2026" beynəlxalq təlimi başa çatdı - VİDEO backend

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı – 2026" beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimdə Azərbaycanı təmsil edən Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.