Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri keçirilib - FOTO 

Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri keçirilib - FOTO  backend

Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun dinləyiciləri ilə nümayiş məşğələləri keçirilib. 

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Plana uyğun olaraq dinləyicilərlə atəş, kəşfiyyat, mühəndis, artilleriya hazırlığı,  döyüş maşınlarının sürülməsi, eləcə də digər ixtisas fənləri üzrə məşğələlər təşkil olunub.
Məşğələlərin əsas məqsədi şəxsi heyətin  nəzəri və praktiki bacarıqlarının, eləcə də fiziki və psixoloji dözümlülüyünün artırılmasıdır.