Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - Açıqlama

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? -  Açıqlama backend

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib ki, hərbi təlim-toplanışların müddəti daxil olan sifarişdən asılı olaraq müəyyənləşdirilir.

Qaziler.az xəbər verir ki, APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində o qeyd edib ki, təlim-toplanışların keçirilməsi qanunvericiliklə nəzərdə tutulub.

Mürsəl İbrahimovun sözlərinə görə, bu prosesdə Xidmətin əsas vəzifəsi daxil olan sifarişin icrasını təmin etməkdir.

O bildirib ki, sifariş Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təqdim olunur, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə həmin təlimlərdə iştirak edəcək hərbi vəzifəlilərin cəlb edilməsini həyata keçirir.