Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası çərçivəsində Astanaya səfər edən Azərbaycan nümayəndə heyəti ölkənin Qazaxıstandakı səfirliyini ziyarət edib.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik edib.



