"EFES - 2026": General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub - FOTO

"EFES - 2026": General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub - FOTO backend

Türkiyədə Azərbaycanın hərbi qulluqçularının iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təlimi davam edir.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlimin keçirildiyi ərazi ilə tanış olub, təlim yerlərində yaradılan şərait və yerinə yetirilən fəaliyyətlərlə maraqlanıb.

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.