Müdafiə nazirləri Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyətini müzakirə edib - FOTO

Müdafiə nazirləri Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyətini müzakirə edib - FOTO backend

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Qaziler.az bildirir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, Bratislava şəhərində keçirilən qarşılanma mərasimindən sonra Azərbaycanın müdafiə naziri onun şərəfinə düzülmüş qarovul dəhlizindən keçib.

General-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf perspektivlərini müzakirə ediblər.

Qarşılıqlı hədiyyə mübadiləsindən sonra general-polkovnik Zakir Həsənov Xatirə kitabını imzalayıb.