Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynovun qalıqları Lökbatanda dəfn olunub

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynovun qalıqları Lökbatanda dəfn olunub backend

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseyn oğlu Hüseynovun qalıqları ailəsinə təhvil verilib.

Qaziler.az  Apa-ya istinadən xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.

Daha sonra şəhidin qalıqları Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Hüseynov Rafiq Hüseyn oğlu 1974-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1992-ci ildə 1-ci Qarabağ müharibəsində Ağdərə rayonu, Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb.