Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt şəhərində ailəsinə təhvil verilib.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, şəhidlə vida mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak edib.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşinin qalıqları Sumqayıt şəhəri, Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Qarayeva Mehriban Arif qızı 1970-ci ildə Sumqayıt şəhərində anadan olub.
1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində itkin düşüb.



