Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. Onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində 2 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü( Vəzifə saxtakarlığı), 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Rasim Həsənovun saxlanılması barədə məlumatı ilk olaraq “Qafqazinfo” yayıb.



