Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak edəcəklər

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak edəcəklər backend

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik Günü və haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.