Müdafiə sənayesi naziri Vüqar Mustafayev İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “Indo Defence 2024” sərgisi çərçivəsində İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin və Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Muhammad Raza Hayat Harraj ilə görüşüb.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşlərdə müdafiə sənayesi sahəsində beynəlxalq sərgilərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir. Beynəlxalq sərgilər iyunun 14-də başa çatacaq.



