NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir

NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir backend

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.

Diaspora